Batut və tamblinq üzrə milli yarışlar mövsümü başa çatıb
Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə yerli yarışlar təşkil edilib.

Tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tamblinqçilər uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.
Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər. Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar çıxışlarını nümayiş etdiriblər.

İlin yerli yarışlar mövsümü Sumqayıtda başa çatacaq. Belə ki, kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son yerli yarışlar Sumqayıtda təşkil olunacaq.


Xəbər 801 dəfə oxundu.