Qadınlardan ibarət milli komandamız Avropa seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Noyabrın 10-da qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolçularımız Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Alina Dorofeyeva fərqlənib.

Xəbər 844 dəfə oxundu.