İlqar Müşkiyevdən bürünc medal
Moskvada cüdo üzrə “Böyük dəbilqə” turnirinin ilk günündə Azərbaycan komandası 1 medal qazanıb. İdman.com.az saytının məlumatına görə, millimizin aparıcı üzvü İlqar Müşkiyev 60 kq-da 1/4 finalda rusiyalı Robert Mşvidobadzeyə qalib gəlib. Amma o, yarımfinalda Monqolustan idmançısı Tumurkxuleq Davaadorca məğlub olaraq, yekunda bürünc mükafatla kifayətlənib.

Xəbər 1600 dəfə oxundu.