Azərbaycan kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vurulub
Noyabrın 10-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb.

Son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kiloqram çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 997 dəfə oxundu.