“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Buxarest mərhələsində 8-9-cu yerləri bölüşüb
Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin növbəti mərhələsi keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyası çərçivəsində keçirilmiş rapid və blits turnirlərinin yekun nəticəsinə görə, 16,5 xalla 8-9-cu yerləri bölüşüb.

Qeyd edək ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil olunub. Kəlkətə şəhəri turnirin növbəti mərhələsinə ev sahibliyi edəcək. Final seriya isə Londonda reallaşacaq.

Xəbər 677 dəfə oxundu.