Ağır atletika üzrə Azərbaycan kuboku turniri: 67 kiloqrama qədər olan atletlər arasında Elməddin Hüseynov qalib olub
Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.

Yarışlarda bu dəfə qalib çəkisi 67 kiloqrama qədər olan atletlər arasında müəyyən edilib. Toplam 260 kiloqram (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kiloqram (117+135) nəticə ilə gümüş medala, toplam 243 kiloqram (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 992 dəfə oxundu.