Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sabah”ı məğlub edib
Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start verilib.

Turun açılış matçında “Qəbələ” öz meydanında “Səbail” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.

Matçın 80-ci dəqiqəsində “Səbail”in futbolçusu Əli Sadıxov qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu qələbəyə baxmayaraq, “Qəbələ” 9 xalla sonuncu pillədə qalıb. “Səbail” isə 11 xalla 4-cüdür.

Qeyd edək ki, turun ilk oyun günün ikinci görüşü “ASCO Arena”da “Keşlə” və “Neftçi” komandaları arasında oynanılır.
Tura noyabrın 10-da "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.

Xəbər 750 dəfə oxundu.