“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov blits turnirində mübarizəyə qoşulur
Noyabrın 9-da Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin ilk 9 turunda mübarizə aparacaq.

Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində rapid yarışı artıq başa çatıb. Yekun nəticəyə görə, Ş.Məmmədyarov 10 xalla ikinci dördüncü yerləri bölüşür. Ukraynalı şahmatçı Anton Korobov 12 xalla birinci pillədə qərarlaşıb.

Blits turniri 18 turdan ibarət olacaq. Şahmatçılar noyabrın 10-da daha 9 turda qüvvələrini sınayacaqlar. Turnirin mükafat fondu 150 min ABŞ dollardır.

Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luis şəhərlərində keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Final seriyasının matçları isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.


Xəbər 621 dəfə oxundu.