Tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyinin qalibləri müəyyənləşib
Noyabrın 8-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib.

Yarışda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.

Uşaqların yarışında Aqil Abbas və Məryəm Əhmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmələrin mübarizəsində Aleksey Karataşov qızıl medal qazanıb. Gənclərin yarışında Tofiq Əliyev, böyüklər arasında isə Fərid Mustafayev bütün rəqiblərini qabaqlayaraq birinci olublar.
Noyabrın 9-da batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi təşkil olunacaq. Yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

Xəbər 758 dəfə oxundu.