Azərbaycanın pencak-silat millisi ABŞ-da keçiriləcək 44-cü Dünya Döyüş Oyunlarında iştirak edəcək
2020-ci il martın 6-8-də ABŞ-da məşhur idmançı Arnold Şvartsenegger şərəfini 44-cü Dünya Döyüş Oyunları keçiriləcək. Pencak-silat idman növü mötəbər turnirdə debüt edəcək.

Turnirdə pencak-silatla yanaşı, cüdo, taekvondo, karate, sambo, uşu, kunq-fu və digər döyüş növləri üzrə yarışlar təşkil olunacaq.

Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yığma komandamızın üzvlərinin mötəbər yarışa qatılacaqlarını deyib.

Bildirib ki, Azərbaycanın pencak-silatçıları dünyada ciddi rəqib kimi qəbul olunurlar. Millimizin üzvləri arasında Avropa və dünya çempionatlarının qalib və mükafatçıları var. Ümid edirəm ki, idmançılarımız ABŞ-da təşkil olunacaq Dünya Döyüş Oyunlarında da uğurla çıxış edib, qazandıqları medallarla xalqımızı sevindirəcəklər.

A.Hünbətov qeyd edib ki, artıq yarışa hazırlıqla bağlı müəyyən planlar üzərində işləyirik. İlin sonunadək pencak-silatçılarımızı ciddi sınaqlar gözləyir. Ümumilikdə cari ili idmançılarımız üçün uğurlu hesab etmək olar.


Xəbər 25 dəfə oxundu.