Uels və Slovakiya yığmaları ilə oyunlar üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, üç gün sonra isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə millimiz noyabrın 11-dən 16-dək Bakıda, ayın 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək.

Rəsmi oyunlar üçün yığmamızın heyətinə Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Mehdi Cənnətov (“Sumqayıt”), Maksim Medvedev, Bədavi Hüseynov, Abbas Hüseynov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”), Qara Qarayev, Riçard Almeyda (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Cavid Hüseynov (“Zirə”), Eddi İsrafilov (“Albasete”, İspaniya), Ağabala Ramazanov (“Səbail”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Dinamo”, Moskva, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya) və Vüsal İskəndərli (“Keşlə”) dəvət olunublar.

Xəbər 744 dəfə oxundu.