“Sumqayıt” futbol klubunun iki futbolçusu əsas milliyə dəvət alıb
“Avro-2020”nin seçmə mərhələsinin oyunlarına Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komandanın iki futbolçusu - Şəhriyar Əliyev və Mehdi Cənnətov əsas millimizin heyətinə dəvət alıb.

Qeyd edək ki, seçmə mərhələnin oyunları çərçivəsində milli komandamız noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 710 dəfə oxundu.