Qadın cüdoçularımız “Yaounde African Open 2019” turnirində iştirak edəcəklər
Noyabrın 9-10-da Kamerunun paytaxtı Yaundedə cüdo üzrə keçiriləcək “Yaounde African Open 2019” turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcəklər.

Yarışda cüdoçularımızdan Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Munxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) mübarizə aparacaqlar.

Turnirdə 29 ölkədən 160 idmançı iştirak edəcək.

Xəbər 31 dəfə oxundu.