“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov üç turda mübarizə aparacaq
Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turniri davam edir.

Şahmatçımız bu gün rapid yarışlarının daha üç turunda mübarizə aparacaq. Ş.Məmmədyarov dördüncü turda amerikalı Uesli So, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyan ilə mübarizə aparacaq. İdmançımız ilk üç turda vyetnamlı Le Kyanq Liem, rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anand ilə qarşılaşmaları heç-heçə başa vurub.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019”un bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində baş tutacaq. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

Xəbər 30 dəfə oxundu.