2020-ci il Olimpiya Oyunları zamanı süni qardan istifadə olunacaq
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda olimpiada zamanı qar istehsal edən maşınlardan istifadə ediləcək.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, azarkeşlərin rahatlığını düşünən yaponiyalılar havanın isti olacağı halda, temperatur 35 dərəcəni keçərsə, süni qardan istifadə etməyi planlaşdırır.

Tokio 2020 Təşkilat Komitəsinin baş direktoru Taka Okamura çıxışında bildirib ki, Təşkilat Komitəsi istini qismən azaltmaq üçün əlindən gələni etməyə hazırdır. O, vurğulayıb ki, süni qar vasitəsilə insanlar özlərini daha sərin hiss edəcəklər.

Qeyd edək ki, süni qar əzilmiş buz və sudan hazırlanıb. O, küləkli şəraitdə 15 metrə qədər məsafəni əhatə edə bilər.

Xəbər 786 dəfə oxundu.