Şəkidə məktəb komandaları arasında şahmat üzrə rayon birinciliyi keçirilir
Şəki şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbində məktəb komandaları arasında şahmat üzrə respublika birinciliyinin rayon mərhələsinə start verilib.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin rayon mərhələsində 2010-2012-ci il təvəllüdlü məktəblilərdən təşkil edilmiş 12 komanda mübarizə aparır. Hər komandanın tərkibinə 3 oğlan və 3 qız şahmatçı daxil edilib.

Rayon birinciliyi noyabrın 9-dək davam edəcək. Birinciliyin qalibi zona mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 18 dəfə oxundu.