Azərbaycanın U-21 komandasının Lixtenşteyn və Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-dan 19-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynin, ayın 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq seçməmizin heyəti açıqlanıb.

Heyətdə Kamran İbrahimov (“Neftçi”), Oleq Karnaux (“Sabah”), Nicat Mehbaliyev (“Sumqayıt”), Ömər Buludov (“Neftçi”), Amin Seydiyev (“Qəbələ”), Turan Manafov (“Səbail”), Murad Qayalı (“Keşlə”), Nihad Tamazov (“Qarabağ”), Hüseyin Seyliğli (“Darica Genclerbirliyi”, Türkiyə),

Elçin Mustafayev (“Sabah”), Toral Bayramov (“Qarabağ”), Rafael Məhərrəmli (“Zirə”), Hacıağa Hacılı (“Qarabağ”), Fərid Nəbiyev

(“Slaviya Praqa”, Çexiya), Barış Ekincier (“SK Austria Klagenfurt”, Avstriya), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Tural Bayramlı (“Keşlə”), Şakir Seyidov (“Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”), Elvin Cəfərquliyev (“Sumqayıt”), Ozan Can Kökcü (“Sabah”),

Süleyman Əhmədov (“Sumqayıt”), Doğukan Öksüz (“Eyüpspor”, Türkiyə) və Musa Qurbanlı (“Qarabağ”) yer alıblar.

Xəbər 716 dəfə oxundu.