UEFA Çempionlar Liqasının dördüncü turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib
Noyabrın 7-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Azsport.az UEFA-nın saytına istinadla xəbər verir ki, qrup mərhələsinin dördüncü turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına Rodriqo (“Real Madrid”, İspaniya), Əşrəf Həkimi (“Boruasiya”, Almaniya), Keylor Navas (“Paris Sen-Jermen”, Fransa) və Son Xın Min (Tottenhem”, İngiltərə) iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində noyabrın 8-də müəyyənləşəcək.

Xəbər 788 dəfə oxundu.