“Sumqayıt”ın 4 futbolçusu milliyə dəvət alıb
Avropa çempionatının seçmə mərhələsi başlayıb. Bu oyunlarda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Klubun 4 futbolçusu - Nicat Mehbalıyev, Səbuhi Abdullazadə, Süleyman Əhmədov və Elvin Cəfərquliyev U-21 millinin heyətinə dəvət alıb.

Avropa çempionatının seçmə mərhələsində U-21 millimiz noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynin, noyabrın 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.


Xəbər 710 dəfə oxundu.