Dövlət Bayrağı Günü münasibətilə Salyanda veloyürüş təşkil olunub
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Salyanda veloyürüş keçirilib.

Salyan Rayon İcra Hakimiyyəti, Salyan Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yürüşdə 300-dən artıq yeniyetmə və gənc iştirak edib.

Start və finiş nöqtəsi Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının qarşısında olan veloyürüş zamanı iştirakçılar şəhər küçələri ilə dövrə vurublar. Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və velosiped idmanına marağın artırılmasıdır.

Xəbər 699 dəfə oxundu.