WSF-nin dünya çempionatında karateçilərimiz uğurla çıxış ediblər
Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) 11-ci dünya çempionatı keçirilib.

Karatenin şobu ippon, şobu sanbon və WKF kumitesi üzrə keçirilən çempionatda Azərbaycan idmançıları da iştirak ediblər. Ölkə klublarını təmsil edən müxtəlif yaşlı 116 idmançımız ayrı-ayrı kateqoriyalarda 72 qızıl, 53 gümüş və 77 bürünc medal qazanaraq 20 ölkə arasında ümumi nəticədə birinci yeri tutublar.

Yarışdan əvvəl WSF rəsmilərinin yığıncağında yeni təyinatlar elan olunub. Xatırladaq ki, Dünya Karate Federasiyası (WKF) İdarə Heyətinin üzvü Esed Delihasan təşkilatın prezidenti, WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirov isə birinci vitse-prezident seçilib. Onlardan başqa, Ercüment Taşdemir WSF-nin baş katibi, Adrian Popesku vitse-prezident, Kaxa Basiliya ikinci, Rossalin Rossalinov üçüncü, Hayrettin Hamurçu isə dördüncü vitse-prezident təyin ediliblər. Yaxın günlərdə isə WSF-nin Azərbaycan üzrə yeni nümayəndəsi də müəyyənləşəcək.
WSF-nin 12-ci dünya çempionatı 2020-ci ildə İstanbulda keçiriləcək.


Xəbər 790 dəfə oxundu.