Binəqədi rayonunda atletika üzrə yarış keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” layihəsinin atletika idman növü üzrə Binəqədi rayon mərhələsi keçirilib.

244 №-li tam orta məktəbdə baş tutan yarışda 2007-2009-cu il təvəllüdlü şagirdlər qalib adı uğrunda mübarizə aparıblar.

Yarışın nəticəsinə görə, 144 №-li tam orta məktəbin komandası birinci olub. 100 №-li tam orta məktəbin komandası ikinci, 283 №-li tam orta məktəbin komandası üçüncü yerlərə sahib olublar.

Xəbər 844 dəfə oxundu.