Balakəndə mini-futbol üzrə rayon turniri keçirilib
Balakən Olimpiya İdman Kompleksində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan mini futbol üzrə rayon turnirinə yekun vurulub.

Rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Olimpiya İdman Kompleksinin və Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 15 komanda mübarizə aparıb.

Yekunda Balakən Telekommunikasiya Qovşağının komandası turnirin qalibi olub. YAP rayon təşkilatının komandası ikinci, Balakən Bələdiyyəsinin təmsilçiləri isə üçüncü yeri tutublar.

Qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.

Xəbər 722 dəfə oxundu.