Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti açıqlanıb
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti açıqlanıb.

Heyətə qapıçılar - Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Deyvis ("Stok Siti", İngiltərə), müdafiəçilər - Ben Deyvis ("Tottenhem", İngiltərə), Kris Qunter ("Ridinq", İngiltərə), Ceyms Lavrens ("Anderlext", Belçika), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Konnor Roberts ("Suonsi"), Neyl Teylor ("Aston Villa", İngiltərə), Eşli Uilyams (“Bristol Siti”, İngiltərə), Reqan Pul ("Milton Keyns Dons", İngiltərə), yarımmüdafiəçilər - Co Allen ("Stok Siti", İngiltərə), Uill Vaulks (“Kardif”), Co Morrell ("Linkoln", İngiltərə), Ethan Ampadu ("Leypsiq", Almaniya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Dilan Levit (“Mançester Yunayted”, İngiltərə), Aron Remsi ("Yuventus", İtaliya), hücumçular - Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Harri Uilson ("Bornmut", İngiltərə), Tom Lavrens ("Derbi", İngiltərə), Robbi Matondo (“Şalke”, Almaniya), Qaret Beyl ("Real", İspaniya), Tiler Roberts (“Lids”, İngiltərə), Kifer Mur ("Uiqan", İngiltərə) və Sem Uoks ("Stok Siti", İngiltərə) dəvət olunublar.

Azərbaycan-Uels oyunu noyabrın 16-sı saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər 704 dəfə oxundu.