“Tokio 2020” iştirak edəcək idmançıların maksimal sayı açıqlanıb | |
Gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi yarışlara 15 min 490 idmançını qəbul etməyə hazırlaşır. Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, iştirakçılarından ən yüksək həddi Olimpiya Oyunlarında 11090, Paralimpiadada 4400 nəfərdir. Bu rəqəmlər cüzi sayda az da ola bilər. Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək, Paralimpiada avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. |
|
Xəbər 729 dəfə oxundu. |
|
|