44-cü Ümumdünya Şahmat Olimpiadası Moskvada keçiriləcək
2020-ci ilin avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Moskvada təşkil edilməsi qərara alınıb.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası – FIDE-nin üzvü olan ölkələrin milli komandaları arasında turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilib. 1950-ci ildən başlayaraq yarış hər iki ildən bir təşkil edilir.

Moskva 1956-cı və 1994-cü illərdən sonra bu nüfuzlu yarışa üçüncü dəfə ev sahibliyi edəcək. 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

AZƏRTAC

Xəbər 741 dəfə oxundu.