Azərbaycan millisinin sabiq baş məşqçisi “Emirates” klubunu çalışdıracaq
“Bakı” futbol klubunun və 2007-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi olmuş makedoniyalı mütəxəssis Gyoko Hacıyevski Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubuna baş məşqçi təyin edilib.

64 yaşlı mütəxəssis daha əvvəl də BƏƏ-də çalışıb. Əvvəllər bir müddət “Əl-Darfa” klubunu çalışdırmış Haciyevski yenidən bu ərəb ölkəsinə qayıdıb.

AZƏRTAC

Xəbər 695 dəfə oxundu.