Azərbaycan Atletika Federasiyasının nümayəndəsi beynəlxalq seminarda iştirak edir
Bolqarıstanın Samokov şəhərində Balkan Atletika Assosiyasiyası və Bolqarıstan Atletika Federasiyalarının birgə təşkilatçılığı ilə “Atletikada qadın liderlər” adlı seminar keçirilir.

Seminarda ölkəmizi Azərbaycan Atletika Federasiyasının nümayəndəsi İrada Mehdiyeva təmsil edir.

Seminara noyabrın 7-də yekun vurulacaq.

Xatırladaq ki, son illər Avropa Atletika Assosiasiyası qadınların idmanın bu növündə rolunun vacibliyini ön plana çəkir. Həm İcraiyyə Komitəsinə, həm də digər rəhbər vəzifələrə seçimlərdə gender balansının qorunması yönündə aparılan işlər buna bariz nümunədir.

Xəbər 1150 dəfə oxundu.