Gənc qılıncoynadanımız dünya kubokunun mərhələ yarışında iştirak edib | |
Sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova Rusiyanın Soçi şəhərində keçirilən gənclər arasında qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışında iştirak edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn A.Əhədova onaltıdabir finalda Rusiya təmsilçisi Anna Kudryayeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz rəqibinə 14:15 hesabı ilə uduzub. Qeyd edək ki, yarışda 9 ölkədən 40 qadın idmançı iştirak edib. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|