APOEL - “Qarabağ” oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 7-də keçiriləcək APOEL (Kipr) - “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.

Qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq.

Nikosiyadakı “GSP Arena”da stadionunda keçiriləcək matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.

Xəbər 625 dəfə oxundu.