Sərbəst güləşçilərimiz Dağıstanda beş medala sahib olublar
Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb.

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıblar. Rəşid Sadıxhacıyev (80 kq) və Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıblar.

Xəbər 735 dəfə oxundu.