Çorum olimpiadası: “Azərbaycan” komandası Qazaxıstan yığmasını məğlub edib
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının altıncı turunun oyunları keçirilib.

Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Qazaxıstan yığmasını 2,5:1,5 hesabla məğlub edərək liderlər qrupunda mövqeyini qoruyub. “Azərbaycan-Naxçıvan” yığmasının Qırğızıstan şahmatçıları ilə mübarizəsi isə heç-heçə başa çatıb.


Xəbər 690 dəfə oxundu.