Abşeron rayonunda “İradənlə qalib gəl!” layihəsi həyata keçirilib
Abşeron Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında noyabrın 1-2-də “Açıq qapı” günü təşkil olunub.

Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil etdiyi aksiya çərçivəsində futbol, voleybol, güləş, uşu, şahmat və digər idman növləri üzrə yarışlar və əyləncəli oyunlar keçirilib. Yarışlar kompleksdə çalışan məşqçilər tərəfindən idarə olunub. Eyni zamanda, müxtəlif idman növləri üzrə bir sıra yarışların mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilib.

“Açıq qapı” gününün məqsədi idmanın gənclər arasında təbliği, Olimpiya İdman komplekslərinin imkanlarının hər kəs üçün əlçatan olması, idman meydançaları, avadanlıq və şəraitdən gənclərin geniş yararlanmasını təmin etməkdir.

Xəbər 721 dəfə oxundu.