Azərbaycan Premyer Liqası: “Səbail” - “Keşlə” oyunu heç-heçə başa çatıb
Noyabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

“ASCO Arena”da “Səbail” və “Keşlə” komandaları üz-üzə gəliblər. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qapılara top vurulmayıb. Bu oyundan sonra aktivində 16 xal olan “Keşlə” üçüncü pillədə qərarlaşıb. “Səbail” komandası isə 11 xalla dördüncüdür.

Premyer Liqanın 10-cu turunun açılış matçında “Neftçi” - “Qarabağ” oyununda da qolsuz heç-heçə qeydə alınmışdı.
Tura noyabrın 3-də keçiriləcək “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” görüşləri ilə yekun vurulacaq.

Xəbər 690 dəfə oxundu.