İsmayıllıda kütləvi idman tədbiri çərçivəsində ustad dərsləri təşkil olunub
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı Olimpiya İdman Kompleksində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilən “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı günü” təşkil edilib. Tədbirdə əsas məqsəd gənclərin asudə vaxtının və gənclərin sağlamlığına təsir edən səmərəli tədbirlərin təşkili, ustad dərslərin keçilməsi, müxtəlif idman növləri üzrə potensialların üzə çıxarılması olub.

Ustad dərslərini müxtəlif idman növləri üzrə respublika, Avropa və dünya çempionları, tanınmış məşqçilər, o cümlədən cüdo üzrə əməkdar məşqçi Əkbər Şəfaqətov, karate üzrə 5-ci dan qara kəmər sahibi, dünya çempionu Bayram Qəhrəmanov, karate üzrə baş məşqçi, 5-ci dan qara kəmər sahibi, Avropa üçüncüsü Anar Həsənov və digərləri keçiblər.

Ustad dərsləri idmançıların kütləvi iştirakı ilə günün sonunadək davam edib.

Xəbər 685 dəfə oxundu.