Çorum Olimpiadası: Şahmatçılarımız Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaqlar
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının altıncı turunda təmsilçilərimizin rəqibləri bəlli olub.

Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Qazaxıstan, “Azərbaycan-Naxçıvan” yığması isə Qırğızıstan şahmatçıları ilə mübarizə aparacaqlar. “Azərbaycan” komandası 5 turun nəticəsinə görə 13,5 xalla ikinci yerdə qərarlaşıb. “Azərbaycan-Naxçıvan” yığması isə 9,5 xalla 31-ci pillədəddir.

Altıncı turun oyunları noyabrın 3-də keçiriləcək. Bu gün turnirdə istirahət günüdür.

Xəbər 680 dəfə oxundu.