Yeni maşınların sürətinin azalması F1 yürüşçülərinin xoşuna gəlmir
Müvafiq surətdə “Red Bull” və “Ferrari” komandalarında çıxış edən Maks Ferstappen və Sebastyan Fettel 2021-ci il mövsümündə qüvvəyə minəcək yeni reqlamentlə əlaqədar təşviş keçirdiklərini bildiriblər. gözlənildiyinə görə, yeni qaydalar üzrə hazırlanan maşınlar hər dövrə üçün indiki maşınlarla müqayisədə 3-3,5 saniyə çox vaxt sərf edəcəklər.

Ferstappen sürətin daha çox azalacağından ehtiyat edir. O deyib: “Əvvəlki nəslə aid maşınları idarə etmək indikilərlə müqayisədə o qədər xoşuma gəlmir. Əlbəttə, burada “qızıl bölgü” nöqtəsini tapmaq, rəqibi təqib etmək məsələsini asanlaşdırmaq lazımdır, lakin biz istərdik ki, maşınların sürəti hər dövrə üçün 2-3 saniyədən çox azalmasın.
Əgər hər dövrəni keçmək üçün tələb olunan vaxt əvvəlkindən 4-5 saniyə çox olarsa, maşınlar hədsiz ləng gedəcəklər. Biz isə bunu istəmirik.
Fettel də Ferstappeni dəstəkləyib. O deyib: “2017-ci ildə tətbiq edilən dəyişiklikləri səhv hesab etmirəm. səhv ondadır ki, maşınlar get-gedə ağırlaşır”.

Xəbər 712 dəfə oxundu.