Güllə atıcılığı üzrə Sumqayıt çempionatına yekun vurulub
Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş pnevmatik tapançadan güllə atıcılığı üzrə çempionat keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, çempionatda şəhərin ali, orta ixtisas, peşə liseyləri və gənclər təşkilatlarının ümumilikdə 8 komandası qalib adı uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Musiqi Kollecinin komandası birinci olub. 3 nömrəli Peşə Liseyinin kollektivi yarışı ikinci, Sumqayıt Texniki Kollecinin tələbələri isə üçüncü yerdə başa vurublar.

Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, hədiyyə və kubok ilə təltif olunublar.

Xəbər 1009 dəfə oxundu.