Şəkidə “İradənlə qalib gəl” devizi ilə “İdman festivalı” keçirilib
Şəkidə “İradənlə qalib gəl” devizi ilə keçirilən “İdman festivalı” və “Açıq qapı günü” kütləvi idman tədbirləri izləyicilərdə maraq doğurub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunub.

Şəki Olimpiya İdman Kompleksi, şəhər stadionu, həmçinin müxtəlif müəssisələrdə keçirilən tədbirlərdə respublika və beynəlxalq səviyyəli yarışlarda fərqlənən idmançılar nümunəvi çıxışlar ediblər.

Şəki Olimpiya İdman Kompleksində keçirilən “İdman festivalı”nda Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, tədbirin rayonda idmanın kütləviliyini artırmaq, gənclərin Olimpiya hərəkatına qoşulmasına dəstək vermək, idman növlərinə maraq yaratmaq məqsədi daşıdığını bildirib.

Festival çərçivəsində tanınmış idmançılar və məşqçilər ustad dərsləri keçib, peşəkar idmançılar izləyicilərə idmanın müxtəlif növlərinin sirlərini öyrədiblər.

Xəbər 628 dəfə oxundu.