İki cüdoçumuz Avropa birinciliyində mübarizəyə qoşulur
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi davam edir.

Yarışın ikinci günündə cüdoçularımızdan Rəşid Məmmədəliyev (73 kq) bolqarıstanlı Rumen Radev, Hasil Cəfərov (81 kq) isə xorvat Damian Sokoloviçlə mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın birinci günü Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov qitə birinciliyinin gümüş medalını qazanıb.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışda 9 cüdoçu ilə təmsil olunur.

Xəbər 724 dəfə oxundu.