Çorum olimpiadası: “Azərbaycan” komandası liderlər qrupunda mübarizəsini davam etdirir
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının 5-ci turunun oyunları keçirilib.

Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası daha bir qələbə qazanıb. Yığmamız İsrail şahmatçılarına 2:5,1,5 hesabı ilə qalib gələrək xalların sayını 9-a çatdırıb. Komandamız 5 turun nəticəsinə görə ikinci yerdədir. “Azərbaycan-Naxçıvan” yığması isə Moldova şahmatçılarına uduzub (1:3).

Xəbər 753 dəfə oxundu.