Azərbaycanda ilk dəfə yorğa yerişli atların çempionatı keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə noyabrın 3-də ölkəmizdə ilk dəfə yorğa yerişli atların çempionatı keçiriləcək.

Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil ediləcək çempionatda respublikamızın müxtəlif bölgələrində doğulan 50-dək yorğa yerişli at cəlb olunacaq. Çempionatın birinci mərhələsi 5 müxtəlif kateqoriya və məsafə üzrə təşkil ediləcək.

Federasiya ölkəmizdə qədim atçılıq ənənələrinin davam etdirilməsi, idmanın bu növünün əhatə dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən milli atçılıq ənənələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir.


Xəbər 1034 dəfə oxundu.