Azərbaycan-Uels oyununun biletləri satışa çıxarılıb
Azərbaycan milli komandasının futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

Noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək oyuna biletlərin qiyməti 2-5 manat təşkil edir. VIP biletlər isə 20 manatdır.

Biletləri Heydər Əliyev Sarayının kassalarından, “ASAN xidmət”in 1, 2, 3, 4 saylı mərkəzlərindən, “28 Mall” və “Gənclik Mall”dan əldə etmək olar.


Xəbər 721 dəfə oxundu.