Voleybol üzrə Azərbaycan millisi Niderland, Bolqarıstan və Polşa yığmaları ilə qarşılaşacaq
Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib. Niderlandın Apeldorn şəhərində baş tutacaq turnir yanvarın 7-12-də keçiriləcək. Səkkiz ölkənin mübarizə aparacağı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Səkkiz komanda isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz güclərini sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Niderland, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Xəbər 715 dəfə oxundu.