“Lokomotiv”–“Yuventus” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya)–“Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcəklər.

Matç noyabrın 6-da Moskvada təşkil olunacaq.

Xəbər 707 dəfə oxundu.