Tokio-2020: Marafon Sapporo şəhərində keçiriləcək
Noyabrın 1-də Tokio Böyükşəhər Hökuməti, Beynəlxalq Olimpiya Komitəsi (BOK), “Tokio 2020” Təşkilat Komitəsi və Yaponiya Hökuməti arasında görüş keçirilib.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, iclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları çərçivəsində baş tutacaq marafon yarışının Sapporo şəhərində təşkil olunması təsdiqlənib.

BOK marafon yarışlarının Sapporoda təşkilini məqsədəuyğun hesab edib. BOK-un marafon və idman yerişini Tokiodan kənarda keçirilməsi qərarını paytaxtda havaların çox isti olması ilə əlaqələndirib. Lakin Tokionun qubernatoru Yuriko Koike bu addımla razılaşmadıqlarını, bu təklifə qarşı çıxmayacaqlarını diqqətə catdırıb: “BOK-la razı deyilik. Bu yarışların Tokioda keçirilməsini yaxşı fikir olduğunu düşünürdük. Lakin bu qərara mane olmayacağıq, çünki son sözü onlar deyir”.

Qeyd edək ki, bir müddət əvvəl yaponiyalılar bunun əleyhinə olsalar da, alternativ variant kimi marafonun gecə saatlarında təşkilini təklif etmişdilər.

Xəbər 756 dəfə oxundu.