Azərbaycan parataekvondoçusu Avropa çempionatının qızıl medalını qazanıb
İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatında yığma komandamız uğurlu çıxış edib.

Millinin üzvü, ikiqat dünya çempionu Aynur Məmmədova 58 kiloqramdan yuxarı çəki dərəcəsində dördüncü dəfə qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamız yarışa məşqçilər Fərid Tağızadənin və Yaşar Səfərovun rəhbərliyi ilə yollanıb.

Xəbər 943 dəfə oxundu.