“Qəbələ” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb
Azərbaycan Premyer Liqasının X turuna hazırlığı davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Klub seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb.

31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İ.Niasse 2013/2014-cu il mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub.

Seneqallı legioner bunadək İsveçrənin “Ksamaks” (2008-2011-ci il) və Bakının “İnter” (2012-2014-cü il) klublarının şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya”, İslandiyada “Odişa”, Yunanıstanda “Levadiakos”, Mərakeşdə “Raca Kasablanka” klublarının formasını geyinib.
Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubok yarışlarında 6 matçda iştirak edib.


Xəbər 671 dəfə oxundu.