Azərbaycan Premyer Liqasının doqquzuncu turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında doqquzuncu turun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 4, “Neftçi”dən 2, “Keşlə”, “Sabah”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”dan isə hərəyə 1 oyunçu daxil edilib.

Rəmzi heyətdə Mehdi Cənnətov (“Sumqayıt”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Stiven Monroz (“Neftçi”), Qara Qarayev (“Qarabağ”), Sezar Meza Kolli (“Keşlə”), Davit Volkov (“Qəbələ”), Baqali Dabo (“Neftçi”) və Amadu Diallo (“Sabah”) yer alıblar.

Xəbər 868 dəfə oxundu.