Qazaxda “Sağlam gənclik” veloyürüşü təşkil olunub
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Qazaxda “Sağlam gənclik” veloyürüşü keçirilib.

Qazaxdakı Gənclərin İnkişaf və Karyera Mərkəzinin qarşısından start götürən veloyürüşdə 300-dən çox peşəkar və həvəskar gənc iştirak edib.

Yürüş başa çatdıqdan sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.

Xəbər 941 dəfə oxundu.